“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində «Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət» adı altında Mingəçevir bələdiyyəsi bir sıra tədbirlər həyata keçirib.
Bu barədə məlumat Mingəçevir bələdiyyəsindən daxil olub. Bələdiyyədən daxil olan məlumata görə, həftə ərzində əhali üçün “açıq qapı” günləri elan edilib, telefon “qaynar xətti” fəaliyyət göstərib. Vətəndaşların rəf və təkliflərinin toplanması üçün bələdiyyə binasının giriş hissəsində poçt qutusu quraşdırılıb. Məlumatlandırma məqsədi ilə “informasiya guşəsi” yaradılıb.
Bir neçə məhəllədə («Axundzadə», «Ümid», «şahin», «Göydələn», «Türk binası» məhəllə komitələrinin ərazisində) sakinlərlə bələdiyyə üzvlərinin görüşləri təşkil edildi, məhəllə komitələrinin təklifləri dinlənildi, bələdiyyənin 9 aylıq fəaliyyəti barədə məlumatlar verilib.
Tibb kollecində bələdiyyənin strukturu, səlahiyyətləri, gənclərin yerli özünüidarədə iştirakının vacibliyi barədə “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzusunda toplantı keçirildi.
şəhərin 10 və 15 saylı orta məktəblərində fəaliyyət göstərən şagird parlamentlərinin üzvləri ilə bələdiyyə üzvlərinin görüşü də maraqlı oldu. şagirdlərlə «Multikultural cəmiyyətdə həyat» mövzusu ətrafında müzakirələr aparıldı. Sonda şagird parlamentinin üzvləri bələdiyyənin idarə edilməsini bir günlük onlara həvalə olunması təklifini verdilər və təklif müsbət qarşılandı.
Bələdiyyənin iclas zalında ictimaiyyətə bələdiyyənin 9 aylıq fəaliyyəti barədə hesabatı verildi və 2016-cı ildə görüləcək işlər müzakirə olundu.
Məlumatda qeyd olunur ki, həftə ərzində vətəndaşlarla 17 görüş keçirilib, görüşlərdə isə 835 nəfər iştirak edib. Bununla yanaşı bələdiyyədə 110 nəfər vətəndaş qəbul olunub.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|